Alla Puqaçova: “Azərbaycan Prezidenti İlham Əliyevə dərin ehtiramım var”backend

Alla Puqaçova: "Azərbaycan Prezidenti İlham Əliyevə dərin ehtiramım var"

“İlham Heydəroviçi doğum günü münasibətilə ürəkdən təbrik etməkdən məmnunam. Sizə cansağlığı və təbii ki, səbr arzulayıram. Çünki öz xalqına xidmət etmək bəzən problemlər yaradır. Bütün problemləri həll etmək üçün Sizə kifayət qədər güc arzulayıram”.

KONKRET.az xəbər verir ki, bu ürək sözlərini Rusiyanın xalq artisti Alla Puqaçova bildirib.

Müğənni daha sonra deyib: “Azərbaycan Prezidenti İlham Əliyev mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafat ruhumu istiləşdirir. Mən Azərbaycanı sevirəm, orada tez-tez olmuşam, uğur qazanmışam. Orada elə qonaqpərvər və istiqanlı insanlar yaşayır ki, bu səfərləri unutmaq sadəcə olaraq mümkün deyil.

Qoy ölkələrimiz arasında dostluq möhkəmlənsin, ildən-ilə, gündən-günə gözəlləşən heyrətamiz bir ölkə olan Azərbaycan daha da çiçəklənsin!

Alla Puqaçova həmişə Sizinlədir, Sizə dərin ehtiramımı, sevgimi bildirirəm. Sizi və atanızı həmişə xatırlayıram”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*