Alman jurnalından rus hərbçilərinin Buçadakı qətliamı ilə bağlı YENİ İDDİAbackend

Alman jurnalından rus hərbçilərinin Buçadakı qətliamı ilə bağlı YENİ İDDİA

“Rus əsgərləri radio danışıqlarında Buçadakı vəhşiliklərdən bəhs ediblər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Jurnal iddia edib ki, Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) rus əsgərlərinin radio danışıqlarını qeydə alıb. Radiodanışıqlarda bir nəfərin “əvvəlcə əsgərləri sorğu-sual edin, sonra güllələyin” dediyi qeyd olunub.

Almaniya Xarici Kəşfiyyat Xidmətinin qeydlərində Buçadakı vəhşiliklərin təsadüfi deyil, planlaşdırılmış hadisə olduğu vurğulanıb. Rus əsgərlərinin danışıqlarının Buçada çəkilmiş fotoşəkillərlə üst-üstə düşdüyü bildirilib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*