Almaniyada Ukraynaya dəstək nümayişləri keçirildibackend

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirildi

Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

KONKRET.az-ın xəbərinə görə, Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar “Müharibəyə son”, “Müharibəni dayandırın” şüarları səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*