Amerika-İran və İran-İsrail qaşıdurması Azərbaycana hansı təhlükələr yaradır? – ÖZƏL AÇIQLAMAbackend

Amerika-İran və İran-İsrail qaşıdurması Azərbaycana hansı təhlükələr yaradır? – ÖZƏL AÇIQLAMA

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. Dünəndən etibarən İran-ABŞ, və İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəyan edəcək, Azərbaycanı hansı təhlükələr gözləyir? 

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, geosiyasi proseslər Azərbaycanı da öz ağuşuna alır: “Azərbaycan müstəqil siyasət yeridən dövlətlərdən biridir. Regionda və hətta dünyada gedən proseslərə təsir etmək imkanına malikdir. Bu gün yaxın qonşuluğumuzda baş verən hadisələr digər dövlətlərə olduğu qədər bizə də təsir edir. Rusiya ilə Ukrayna arasında gedən müharibənin bu və ya digər dərəcədə təsir etmədiyi ölkəni göstərmək mümükün deyil. Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə ciddi iqtisadi, siyasi, mədəni əlaqələrə malik olan ölkədir. Bu müharibənin bilavasitə təsiri ilə yaranan geosiyasi proseslər Azərbaycanı da öz ağuşuna alır. Bütün dövlətlər dünyanın məruz qaldığı çağırışlar qarşısında hansı tədbirlərin görülməsinin fayda verəcəyi haqqında axtarışlar aparır. Azərbaycan da bu məsələdə istisna deyil. Həm Rusiya-Ukrayna münaqişəsi, həm də Amerika-İran qarşıdurmasında tutacağı mövqe Azərbaycanda sabitlik, əmin-amanlıq və iqtisadi asayişin davam və inkişaf etdirilməsində mühüm rol oynaya bilər”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Politoloqun fikrincə bu çağırışlar dövlətlərə təsir etdiyi səviyyədə Azərbaycana da təsir göstərəcək: “Əgər müharibə fonunda bütün dünyada neft məhsulları və ərzağın qiymətinin qalxması davam edərsə Azərbaycan da digər dövlətlərlə eyni səviyyədə bundan əziyyət çəkəcək. Amerika-İran, İran-İsrail qaşıdurması isə Azərbaycan üçün yetərincə təhlükəli deyil. Çünki onların qarşılaşdığı region həm bizdən uzaqdır, həm də maraqlarımıza təhlükə yaratmaq imkanına malik deyil. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan rəhbərliyinin yeritdiyi praqmatik xarici siyasət növbəti dəfə də ölkəmizi təhlükələrdən qoruyacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*