Amerikalı ekspert: Bu, Əliyevin liderliyinin simvoludur!backend

Amerikalı ekspert: Bu, Əliyevin liderliyinin simvoludur!

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, İƏT-in XV Zirvə Toplantısı Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir:

“İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır. İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur”.

Onun sözlərinə görə, Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər:

“Ermənistan İƏT-ə üzv dövlətlərlə artan iqtisadi tərəfdaşlığı qəbul etmək üçün addım atmalı və Ermənistanın xaricdə imicini korlayan kölgə iqtisadiyyatından əl çəkməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*