Ana özünü və 3 yaşlı uşağını yandırmağa cəhd etdibackend

Ana özünü və 3 yaşlı uşağını yandırmağa cəhd etdi

ABŞ-ın Kaliforniya ştatında Ruiz adlı qadın 3 yaşlı uşağını yanan evdə bağladığı üçün həbs olunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yanğın xəbərdarlığını alan ilk yardım qrupları, hadisə yerinə gəldikdə yanan evdə olan 3 yaşındakı uşağı əlləri bağlı və başında plastik paketlə tapıblar. Evin başqa bir otağında isə ayaqları bağlı vəziyyətdə ana olub.

Qadın şübhəli şəxs qismində göz altına alınıb. İstintaqın davam etdiyini bildirən təhlükəsizlik qüvvələri, qadının özünü necə bağladığını hələ də müəyyən edə bilməyib. 47 yaşlı qadının evi yandırıb əvvəl 3 yaşlı uşağının, sonra isə öz ayaqlarını bağladığı ehtimal olunur.

Xəstəxanaya aparılan uşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*