Gecə saatlarında düşmənin Gəncəyə raket hücumu nəticəsində baş vermiş dağıntılar altından çıxanlar hadisə anı ilə bağlı fikirlərini bölüşüblər.
KONKRET.az xəbər verir ki, həmin şəxslər baku.tv-yə açıqlamalarında bildiriblər ki, bu cür hücumları onları qorxutmur.
Sakinlər raket zərbəsi nəticəsində evlərinin yararsız hala düşdüyünü qeyd ediblər.
Qeyd edək ki, hadisə nəticəsində 12 nəfər həlak olub, 40 nəfər yaralanıb.
