Anasının daşla vurduğu uşaq xəstəxanaya yerləşdirildibackend

Anasının daşla vurduğu uşaq xəstəxanaya yerləşdirildi

Fevralın 20-də saat 14:20 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.

Bildirilib ki, azyaşlı başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

“Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Ağstafada ana daşla azyaşlı övladına xəsarət yetirib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Faktla bağlı Daxili İşlər Nazirliyi araşdrıma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*