Andranik Tevanyandan ŞOK: “Ermənistan Suriyaya çevrilir – Region qaynayır”backend

Andranik Tevanyandan ŞOK: "Ermənistan Suriyaya çevrilir - Region qaynayır”

“44 günlük müharibədə məğlub olduqdan sonra səhv xarici və daxili siyasət nəticəsində Ermənistan Suriyaya çevrilir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından millət vəkili Andranik Tevanyan özünün facebook səhifəsində yazıb.

O bildirib ki, 2018-ci ildən bəri üç il ərzində inqilabçı hakimiyyət Ermənistanı Suriyaya çevirmək üçün əlindən gələni edib.

O, daha sonra yazıb:

“İndiki hökumət ölkəmizi beynəlxalq və regional maraqların ziddiyyətli bazarlıq meydanına çevirdi. Ermənistan indi Suriyadakı vəziyyəti təkrarlayır. Burada maraqlar bir tərəfdən kəsişdi – ABŞ və Türkiyə, digər tərəfdən Rusiya və İran. Suriyada başqa ölkələrin (Rusiya, ABŞ, İran, Türkiyə) qoşunları var və Suriya lideri ölkənin bütün ərazisinə nəzarət etmir. Bu qoşunlardan bəziləri qanuni hökumətin razılığı ilə Suriyadadır, digərləri isə yox.

Ermənistanın da dost və düşmən qonşuları var. Azərbaycan Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinə nəzarət edir, Qara gölün ərazisini tərk etmir və mövqelərini Verin Şorzada yerləşdirir.

Suriya Prezidenti Əsədlə Paşinyan arasındakı fərq ondadır ki, birincisi strateji müttəfiqləri ilə düzgün davrandı, rəhbərlik etdiyi ordunun başı kəsilmədi, vuruşmadı və müəyyən nəticələr göstərdi. Bizim vəziyyətimizdə mənzərə çox kədərlidir. Ordu arxadan “başından” vuruldu və məğlubiyyətə göndərildi. Nikol Paşinyan məğlubiyyətdən sonra digər qüvvələrin ona “sülh dövrü” təmin edəcəyini düşünürsə: Rusiya bizim yerimizə sərhədləri qoruyacaq, İran Zəngəzur uğrunda mübarizə aparacaq, özü də ölkəsində siyasi təqiblərlə məşğuldur. İrana inananlar bu baxımdan yanılırlar.

Bölgə qaynayır. Regionda siyasi və hərbi partlayışlar eşidilir. Erməni xalqı bu hakimiyyət altında yeni bir müharibəyə hazırdırmı? Sualım çox praktikdir”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*