Antalyada yaradılan xarici şirkətlərin sayına görə Rusiya birinci yerdədir. Türkiyənin kurort vilayətində ilin əvvəlindən 34 rus şirkəti qeydiyyatdan keçib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Antalya Ticarət və Sənaye Palatasının rəhbəri Davud Çetin bildirib:
“Son üç ayda Antalyada 223 xarici şirkət yaradılıb. Rusiya 34 şirkətlə birinci, Almaniya 29 şirkətlə ikinci, İran isə 24 şirkətlə üçüncü yerdə qərarlaşıb” – Davud Çetin əlavə edib.
Onun sözlərinə görə, Antalya bölgədə fəaliyyət göstərən xarici şirkətlərin sayına görə İstanbuldan sonra ikinci yerdədir. İstanbulda 5 minə yaxın xarici şirkət qeydiyyatdan keçib. Amma İstanbulun əhalisi 16, Antalyanın əhalisi isə 3 milyona yaxındır.
Çətin onu da bildirib ki, Antalyada yeni azad ticarət zonasının yaradılması planlaşdırılır. Çünki indiki zonada praktiki olaraq yer qalmayıb: “Biz Ticarət Nazirliyi ilə birlikdə ikinci azad ticarət zonasının yaradılması üzərində işləyirik. Buna ciddi ehtiyac var. Hazırda Antalya investisiya imkanlarına görə dünyanın ən yaxşı əyalətlərindən biri hesab olunur” – deyə Çetin fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
