Aralıq dənizi dünyanın ən sürətli isiləşən və duzlu dənizinə çevrildi – ƏTRAFLIbackend

Aralıq dənizi dünyanın ən sürətli isiləşən və duzlu dənizinə çevrildi - ƏTRAFLI

Ümumdünya Təbiət Fondunun yeni hesabatına görə, Aralıq dənizi dünyanın ən sürətli isiləşən və duzlu dənizinə çevrilib.

KONKRET.az türk mediasına istinadən verdiyi xəbərə görə, məruzədə vurğulanır ki, artan temperaturlar dəniz ehtiyatlarını tükənmə nöqtəsinə gətirir. Bu isə əhəmiyyətli dərəcədə ağır nəticələrə səbəb olacaq.

Ümumdünya Təbiət Fondunun “İqlim Dəyişikliyinin Aralıq dənizinə Təsiri” adlı yeni hesabatında daha sonra deyilir ki, Aralıq dənizindəki istilik iqlim dəyişikliyinin təsiri ilə qlobal ortalamadan 20 dəfə sürətli artıb. Məruzədə deyilir ki, dəniz səviyyəsi 1 metrdən çox qalxacaq, bölgə əhalisinin 1/3 hissəsi bu vəziyyətdən təsirlənəcək.

Qlobal istiləşmənin yaxın illərdə də davam edəcəyini vurğulayan hesabatda qeyd edilir ki, istixana qazı tullantılarının təsirlərini azaltmaq və istiləşən dəniz reallığına uyğunlaşdırmaq üçün təcili olaraq əhatəli tədbirlər görülməlidir.

Aralıq dənizinin istiləşməsi səbəbiylə bu gün təxminən 1000 quş növü köç edib. Məlumata görə, şiddətli hava axını şəhərlər və sahil xətləri üçün təhlükə yaradan kövrək dəniz otu çəmənliklərini və mərcan bitkilərini məhv edir.

İqlim dəyişikliyinin Aralıq dənizinin ən əhəmiyyətli dəniz ekosistemləri üzərində geri dönməz təsirlərini ortaya qoyan hesabatda bu vəziyyətin balıqçılıq və turizm kimi sahələri və dəniz məhsulları ilə əlaqəli istehlak vərdişlərini də dəyişdirdiyi qeyd edilib.

Ümumdünya Təbiət Fondunun Türkiyə üzrə Baş direktoru Aslı Pasinli Aralıq dənizinin artıq əvvəlki kimi olmadığını və getdikcə daha çox tropik hala gəldiyini söyləyib. Pasinli “İqlim dəyişikliyi pis bir gələcək ssenarisi və ya gələcək bir problem deyil. Əksinə, bölgəyə gələn elm adamları, balıqçılar, dalğıclar, sahil icmaları və turistlərin yaşadıqları günümüzün gerçəkliyidir. Mövcud tendensiyanı geri qaytarmaq istəyiriksə, insan amilini azaltmalı və dənizin istiləşməyə qarşı davamlılığını artırmalıyıq”, – deyə vurğulayıb.

Onun sözlərinə görə, Aralıq dənizi hövzəsində balıq populyasiyası azalır.

Sağlam ekosistemlərin və canlı bioloji müxtəlifliyin iqlim dəyişikliyinin təsirlərinə qarşı ən güclü təbii müdafiə vasitəsi olduğunu açıqlayan Pasinli deyib ki, “Yerli mollyuskalar İsrail sularında demək olar ki, yüzdə 90 azalıb. Aralıq dənizi sularının Qırmızı dəniz mənşəli növlərin müstəmləkəçiliyi üçün əlverişli olması səbəbindən son illərdə Aralıq dənizi və Egey sahillərində, xüsusilə Şərqi Aralıq dənizi sularında üç invaziv növ artmaqdadır.

“Artan temperatur və fırtınalar dənizin dibini də dəyişdirir” – söyləyən Pasinli “Dəniz otu çəmənlikləri, mərcanları və Aralıq dənizinin digər bitki örtüyü getdikcə azalır və bəzi bölgələrdə tamamilə yox olub. Bu növlərin yoxa çıxması təbii ki, iqlimin gələcəyi üçün əhəmiyyəti dərəcədə faciəyə səbəb olacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*