Araxamiya Rusiya ilə danışıqların üçüncü raundunun martın 7-də keçiriləcəyini təsdiqlədi – YENİLƏNİBbackend

Araxamiya Rusiya ilə danışıqların üçüncü raundunun martın 7-də keçiriləcəyini təsdiqlədi - YENİLƏNİB

“Danışıqların üçüncü raundu bazar ertəsi, yəni martın 7-də baş tutacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə danışıqlar aparan Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyan “Facebook” səhifəsində məlumat verib.

“Danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq”, – deyə o yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya istənilən ölkədən – Ukrayna ilə danışıqlarda vasitəçilərdən imtina edir, danışıqlar çətin keçir.

***

20:37

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər.

KONKRET.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinə istinadən KİV danışıqların üçüncü raundunun martın 7-də baş tutacağı barədə xəbərlər yayıb.

“Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu martın 7-də baş tuta bilər. Ən azı, belə bir təkliflə Ukrayna prezidentinin ofisi çıxış edib”, -deyə media yazıb.
Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu fevralın 28-də, ikinci – martın 3-də hər iki raund Belarus ərazisində keçirilib. Tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Kreml humanitar məsələlərdə əldə olunan anlaşmanı çox vacib adlandırıb.

Ukrayna nəşri yazır ki, Kiyev Rusiya tərəfinin reaksiyasını gözləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*