Artak Zakaryan: “Nikol hakimiyyətdə qalarsa, hesab edin ki, Sünik də əldən getdi”backend

Artak Zakaryan: “Nikol hakimiyyətdə qalarsa, hesab edin ki, Sünik də əldən getdi”

“Dünən Nikol nümayişkaranə olaraq Baş Qərargaha getdi, burada heç bir əhəmiyyətli məsələni, o cümlədən Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etmədi, ordudan istefasını niyə tələb etdiklərini, ölkəmizdəki mövcud vəziyyətin nə olduğunu soruşmadı”.

KONKRET.az xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistan Respublikası Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bildirib.

O vurğulayıb ki, Nikol heç nə ilə maraqlanmır, bütün problemləri ört-basdır edir:

“Hərbçilər Nikolun başını əzmədilər. Buna baxmayaraq, bu gün həmin iclasda iştirak edən hər hansı bir hərbiçidən soruşsanız, deyəcək ki, hələ də hökumətin istefasını tələb edir. Amma nəticə başqa cürdür. Doğrudur, Ermənistan ordusu problemləri görür və hiss edir. Ölkədə proseslər belə davam edərsə, növbəti müharibə demək olar ki, qaçılmaz olacaq. Paşinyana baş nazir kimi dözsək, 99% əmin ola bilərik ki, növbəti müharibə uzaqda deyil, çox yaxında hərbi əməliyyatlar Ermənistan ərazisində olacaq. Yenidən bir müharibə olarsa, əmin olun ki, Süniki itirəcəyik”.

A.Zakaryana görə, Paşinyan öz şüurlu və ya cahil siyasətinin təhrik etdiyi bir müharibədə minlərlə erməni gənci öldürüldü.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*