Aşıq Namiq onu polisə verən qadınla bağlı kamera görüntülərini yaydı – VİDEObackend

Aşıq Namiq onu polisə verən qadınla bağlı kamera görüntülərini yaydı - VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

KONKRET.az xəbər verir ki, şikayətçi E.R. (şərtidir – “Report”) hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu “Report”a açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib.

N.Fərhadoğlu hadisə ilə bağlı kamera görüntülərini yayıb.

“Həmin qadın mənə deyib ki, tanışın çoxdur və oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı, sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s . – bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır”, – deyə, aşıq Namiq Fərhadoğlu əlavə edib.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*