Aslan İsmayılov: “Putin hakimiyyətinin sonudur, Rusiyada böyük dəyişikliklər olacaq”backend

Aslan İsmayılov: "Putin hakimiyyətinin sonudur, Rusiyada böyük dəyişikliklər olacaq"

“Putin hakimiyyətinin sonu gəldi. Yaxın günlərdə Rusiyada böyük dəyişikliklər olacaq”.
KONKRET.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov öz Facebook səhifəsində yazıb.
O, yaxın günlərdə müharibənin Rusiyanın məğlumiyyəti ilə bitəcəyini və Rusiya hakimiyyətində dəyişikliklərin olacağını proqnozlaşdırıb.
“Putin hakimiyyətinin sonu gəldi. Yaxın günlərdə Rusiyada böyük dəyişikliklər olacaq. Ukraynadakı müharibə tez bir zamanda Rusiyanın biabırçı məğlubiyyəti ilə bitəcək. Hakimiyyət dəyişikliyinin vətəndaş müharibəsinə keçməsini heç arzulamıram.
Azərbaycan ərazisinə soxulmuş rus sülhməramlıları, o cümlədən Gürcüstanda, Moldovada, Ermənistanda yerləşən qoşunlar da öz evlərinə qayıdacaqlar. Nəhayət ki, keçmiş SSRİ-dən sonra yaranmış dövlətlər müstəqil hakimiyyətlərini qura biləcəklər”, – deyə Aslan İsmayılov yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*