Aslan İsmayılov: “Qazın keyfiyyəti, hesablamalarda fırıldaqlar, hava üfürülməsi…”backend

Aslan İsmayılov: "Qazın keyfiyyəti, hesablamalarda fırıldaqlar, hava üfürülməsi..."

“Mən də hamı kimi qazdan istifadə edirəm və bu sahədə olan fırıldaqların hamısını görürəm. Qazın qiyməti artanda, xidmətin keyfiyyəti də artmalıdır. Belə alınır ki, biz “Azəriqaz”a başçılıq edənlərin cibləri üçün artıq pul ödəyirik. Qazın keyfiyyəti, hesablamalarda fırıldaqlar, həcmi artırmaq üçün qaza hava üfürülməsi və sair hallar barədə hər gün yazılır”.

KONKRET.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, ödəməni bir neçə gün gecirdiyinə görə 4 gün qazsız qalıb:

“İl ərzində “Azəri”az”ın verdiyi qaz dəfələrlə kəsilir və bu bəzi hallarda partlayışlara, insan ölümlərinə səbəb olur. Buna görə vətəndaşlara nə təzminat ödənilir, nə də üzr istənilir. Bu da vətəndaşları saymamaq deməkdir. Ona görə də gənc hüquqşünaslardan xahiş edirəm ki, bu problemlərlə bağlı “Azəriqaz”a qarşı məhkəmə prosesləri başlatsınlar. Vaxtilə dəfələrlə AZAL-a, Azercell-ə və s. təşkilatlara qarşı belə proseslər qaldırıb qismən də olsa, dəyişikliyə, ən azında bu rəhbərlərin məsuliyyət hiss etməsinə nail olmuşam”./Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*