“Atamı axırıncı dəfə martın 13-də görmüşəm. Gəncədə yaşayır. Çox istərdim ki, rayonlara gediş-gəliş açılsın valideynlərimizi görə bilək”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bugünkü brifinqdə deyib.
H.Hacıyev bildirib ki, rayonlara gediş-gəlişin açılması məsələsi hər kəsi narahat edir:
“Ümid edirəm ki, yaxın zamanlarda müsbət qərar verəcəyik”.
