AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli oldubackend

AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli oldu

Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*