Avropa altı aydan artıq Rusiya qazı olmadan yaşaya bilməyəcək – Kammerbackend

Avropa altı aydan artıq Rusiya qazı olmadan yaşaya bilməyəcək - Kammer

Avropa altı aydan artıq Rusiya qazı olmadan yaşaya bilməyəcək.

KONKRET.az xəbər verir ki, bunu BVF-nin Avropa departamentinin rəhbəri Alfred Kammer deyib.

“Növbəti 6 ay ərzində Aİ Rusiya qazından tam imtina ilə yaşaya bilər. Amma bu, qışa qədər davam etsə, bunun ciddi mənfi nəticələri olacaq”, – o deyib.

Bundan əvvəl Almaniya hesablamışdı ki, ölkə 2 il Rusiya Federasiyasından mavi yanacaqdan imtina ilə yaşaya bilər.

Ukraynada xüsusi əməliyyat başlayandan Avropa Rusiyanın enerji daşıyıcılarından asılılığın azaldılması imkanlarını müzakirə edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*