Avropa ağır durumda: Qərbdəki bürokratları çətin günlər gözləyir – Orbandan xəbərdarlıqbackend

Avropa ağır durumda: Qərbdəki bürokratları çətin günlər gözləyir - Orbandan xəbərdarlıq

“Macarıstan hökuməti ABŞ prezidenti Donald Trampla razılığa gələ biləcək, lakin Avropa İttifaqının rəhbərliyi çətin anlar yaşayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“Avropa İttifaqı çətin durumdadır və Brüsseldəki bürokratları ağır günlər gözləyir. Biz ABŞ ilə iqtisadi əlaqələrimizi saxlamaq üçün razılaşma, sövdələşmə etməliyik. Macarıstan hökuməti Trampın yenidən prezident seçilməsinə həmişə inanıb. Biz daim danışıqlar aparırıq və ABŞ-ın yeni administrasiyası ilə yaxşı anlaşma əldə edəcəyik”, – deyə Orban vurğulayıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*