Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ – SİYAHI + VİDEObackend

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ - SİYAHI + VİDEO

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib.

Sanksiyaların siyahısını təqdim edirik:

– Rusiyadan ildə 4 milyard avro məbləğində kömür idxalına qadağa;

– Rusiyanın dörd əsas bankının, o cümlədən VTB-nin əməliyyatlarına qadağa;

– Rusiya gəmilərinin Aİ limanlarına girişinə qadağa;

– 10 milyard avro məbləğində yarımkeçiricilərin, maşın və nəqliyyat avadanlıqlarının Rusiya Federasiyasına ixracına qadağa;

– 5,5 milyard avro məbləğində Rusiya mallarının idxalına qadağa;

– Rusiya şirkətlərinin Aİ-də dövlət satınalmalarında iştirakına qadağa və Rusiya dövlət orqanlarına hər hansı maliyyə dəstəyinin istisna edilməsi.

Aİ həmçinin fərdlərin yeni sanksiya siyahılarını da hazırlayır.

Xatırladaq ki, bu, Avropa İttifaqının Ukraynaya hücumla əlaqədar Rusiyaya tətbiq etdiyi ilk sanksiya paketi deyil. Bundan əvvəl Aİ 4 dəfə Rusiyaya qarşı sanksiyalar paketini təsdiq edib, lakin Rusiya tərəfi müharibəni dayandırmamaqda qərarlıdır.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*