Avropa İttifaqından Rusiyaya XƏBƏRDARLIQbackend

Avropa İttifaqından Rusiyaya XƏBƏRDARLIQ

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb.

“Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*