Avropada xüsusi kiberhücum qüvvələri yaradılacaqbackend

Avropada xüsusi kiberhücum qüvvələri yaradılacaq

Martın 10-11-də Fransanın Versal şəhərində keçiriləcək Aİ sammitinin iştirakçıları Avropa kiberhücum qüvvələrinin yaradılmasını müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bunu bazar günü “Le Journal du Dimanche” qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Şəxsən mən Avropanın kiberhücum qüvvələrinin yaradılmasının tərəfdarıyam. Bu, Versalda keçiriləcək zirvə görüşü zamanı da müzakirə olunacaq”, – o, bildirib

Mişel həmçinin qeyd edib ki, indiyə qədər Aİ kibertəhlükəsizlik sahəsində nəhəng irəliləyiş əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*