Avropalılar Trampın qalib gələcəyindən ehtiyat edirbackend

Avropalılar Trampın qalib gələcəyindən ehtiyat edir

ABŞ-dəki  prezident seçkilərində Donald Tramp qalib gələrsə, Ukraynanın mövcudluğu sual altına düşə bilər.

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın “Neue Zürcher Zeitung” qəzeti yazır.

Alman nəşri həmçinin xəbərdarlıq edir ki, Trampın qələbəsi Avropanın təhlükəsizliyinə mənfi təsir göstərə bilər:“Trampın Ağ Evə qayıtması Ukraynanın mövcudluğunu və Avropanın təhlükəsizliyini şübhə altına alacaq. Trampın həqiqətən də ukraynalılara diktə etdiyi sülhü tətbiq edib-etməyəcəyi şübhə yaradır”. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu gün keçirilir. Bundan əvvəl macarıstanlı  siyasi ekspert Dyorgy Noqrady bildirmişdi ki, Tramp seçkilərdə qalib gələrsə, Ukrayna münaqişəsi bir həftə ərzində başa çata bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*