Avtobusla kommunal xidmət maşını toqquşdu, yaralılar var – FOTObackend

Avtobusla kommunal xidmət maşını toqquşdu, yaralılar var - FOTO

Bu gün saat 19 radələrində Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*