Avtomobil kanala aşdı – Xəsarət alanlar varbackend

Avtomobil kanala aşdı - Xəsarət alanlar var

Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər Şamaxı rayon sakinləri sürücü – Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimova müxlətif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*