Avtomobili 15 yaşlı uşağı vurdubackend

Avtomobil 15 yaşlı uşağı vurdu

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı uşağı vurub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub. Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*