“AvtoVAZ” ziyan içində: “Lada” avtomobillərinin satışı 30 faizdən çox azaldıbackend

“AvtoVAZ” ziyan içində: “Lada” avtomobillərinin satışı 30 faizdən çox azaldı

Bu ilin noyabrında Rusiya bazarında “Lada” 26,3 min avtomobil satıb.

KONKRET.az avtomobil istehsalçısının rəsmi saytında verilən məlumata istinadən bildirir ki, bu rəqəm 2020-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azdır.

Şirkətdən verilən məlumata görə, satışların azalması elektron komponentlərin tədarükündə qlobal böhranın davam etməsi və diler şəbəkəsində avtomobillərin olmaması ilə əlaqədardır. Buna baxmayaraq “Lada” Rusiya bazarında ən populyar marka olaraq qalır.

Belə ki, ilin əvvəlindən 320.700 rusiyalı alıcı “Lada” avtomobillərini seçib. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə satış artımı 6 faiz təşkil edib. Noyabrda ən populyar model 9 min avtomobil satışı ilə “Lada Vesta” olub. İkinci yerdə 7,2 min avtomobil satışı ilə “Lada Granta” qərarlaşıb. Üçlüyü 5 min satışla  “Largus” modeli tamamlayıb.

Daha əvvəl “AvtoVAZ” şirkəti dekabrın 1-dən bütün Lada avtomobillərinin qiymətlərini qaldıracağını bildirmişdi. Bu, ilin əvvəlindən bəri sayca 7-ci qiymət artımıdır. Orta hesabla avtomobillərin qiyməti 3 faiz artıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*