Aytacı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı – Qadındırbackend

Aytacı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - Qadındır

Qəbələdə törədilən dəhşətli qətl hadisəsinə görə bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, martın 5-də Qəbələ rayonunda 23 yaşlı Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, qətli törədən mərhumun ərinin sevgilisinin rəfiqəsi imiş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat – axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*