Ayvazyan: “ABŞ-la Azərbaycan arasında ciddi razılaşmalar var”backend

Ayvazyan: “ABŞ-la Azərbaycan arasında ciddi razılaşmalar var”

“İnanmıram ki, ABŞ və Azərbaycan arasında münaqişə çox ciddidir. Qərbin və ABŞ-ın regionumuzda Ermənistan və Azərbaycana qarşı siyasətində hansısa ölümcül dəyişiklikləri qəbul etmirəm”.

KONKRET.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, hərbi ekspert Armen Ayvazyan deyib.

“İndiyə qədər baş verənlərin real nəticələri olmayıb. Biz bəyanatları, ABŞ Konqresi və Senatının Ermənistan və Dağlıq Qarabağın xeyrinə qəbul etdiyi qətnamələri, Qarabağı müstəqil dövlət kimi tanıyan Fransa Senatının qərarını gördük. Sonra Fransa parlamentinin aşağı palatası yenidən kifayət qədər ermənipərəst mövqe tutdu, lakin bütün bunlar bu dövlətlərin siyasətinə çevrilmədi”.

Ayvazyanın sözlərinə görə, “Bunlar ciddi addımlar deyil. Bu gün Azərbaycanın artıq bu hərbi yardıma ehtiyacı yoxdur. ABŞ daha əvvəl də eyni şeyi edə bilərdi və Azərbaycana güclü siqnal verə bilərdi ki, anti-erməni addımlarını davam etdirsə, daha ciddi addımlar atılacaq. Ona görə də bunun çox ağır nəticələrə, ciddi münaqişəyə səbəb olacağını düşünmürəm. Azərbaycan artıq ABŞ-dan, ABŞ-ın müttəfiqlərindən, o cümlədən İsraildən kifayət qədər böyük hərbi yardım alıb və almaqda davam edir”.

Hərbi ekspert əlavə edib ki, bu, daha ciddi razılaşmaları gizlədən kiçik bəyanatdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*