İtaliyalı jurnalist erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır – Hikmət Hacıyevbackend

İtaliyalı jurnalist erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır - Hikmət Hacıyev

“İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və “New York Times” jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.

Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təhdid və ölüm təhdidlərilə hədələnmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*