Azad Rəhimov haqqında daha bir SENSASİYA: “Tanınmış idmançıya silahını göstərərək…”backend

Azad Rəhimov haqda daha bir SENSASİYA: "Tanınmış idmançıya silahını göstərərək..."

“Keçmiş idman naziri Azad Rəhimovun sağlığında Rusiyanın, ümumiyyətlə hər hansı bir ölkənin, hətta Mozambikin agenti olmasına şübhə etmirəm. Çünki bu adamın Azərbaycanı sevməsinə heç zaman inanmamışam. Ölkəsini sevən nazir ən azından öz sahəsinin inkişafına çalışardı. Ancaq A.Rəhimov idmana ayrılan vəsiti basıb yeyib, ölkəni uğurla təmsil edən, bayrağımızı qaldıran idmançılara nifrət edib, onları küsdürüb, qovub, yuxarıdan aşağı baxıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Zülfüqar Xeyirxəbər öz “Facebook” hesabında yazıb.

“Bu günlərdə dəfələrlə Dünya və Avropa çempionu olan idmançılaımızdan biri ilə söhbət zamanı eşitdiklərimdən şoka düşdüm. Deməli Naxçıvanda keçirilən beynəlxalq turnirlərin birində AzTV-nin efirində nazir Azad Rəhimov ölkəmizi uğurla təmsil edən idmançının onunla görüşmək istəyinə müsbət cavab verir və 10 gün ərzində qəbul edəcəyini bildirir. 6 gün fasiləsiz nazirliyə ayaq döyən idmançını 7-ci gün Azad Rəhimovun cangüdəni silahını göstərərək təhdid edir və bir də bu binanın həndəvərində görmək istəmədiklərini deyir. Ondan sonra həmin Dünya şöhrətli idmançımız stress keçirir və karyerasını başa vurur. İndi də dəyişən bir şey yoxdu. Çünki idman nazilriyində Marina Vasileva kimiləri hələ çoxdu. Elə olmasaydı bu gün məşhur, bütün Dünyada tanınan idmançılarımız kənarda qalmazdı, onları küsdürməzdilər. Büdcədən regionda idmanın inkişafına milyonlarla vəsit ayrılır, amma idmançılar yarışlara qatıla bilmir, çünki ezamiyyə xərcləri yeyilir. İdman kompleksləri baxımsızlıqdan dağılıb tökülür, halbuki təsərrüfat hesablı olduğuna görə ildə milyonlarla vəsit qazanırlar. Qəpiyinə qədər nazirliyə təhvil verilir. Binanın saxlanılmasına, təmirinə isə vəsit ayrılmır. Ancaq nazirliyin büdcəsindən komplekslərin saxlanılması adı ilə milyonlar silinir. Rayonlarda tikilən idman komplekslərinin koteclərində, otellərində idmançılardan başqa hər kəsə yer var”, – jurnalist yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*