Azan səsindən təsirlənən ukraynalı qadın müsəlman oldubackend

Azan səsindən təsirlənən ukraynalı qadın müsəlman oldu

Türkiyədə azan səsindən təsirlənən ukraynalı qadın müsəlmanlığı qəbul edib. 

KONKRET.az İHA-ya istinadən xəbər verir ki, İstanbulda yaşayan Yuliya Konotopçik həyat yoldaşı ilə birlikdə Fethiyyəyə tətilə gedib.

Burada rayon müftiliyinə müraciət edən qadın islamı dinini qəbul edib. Yuliya adını dəyişərək, Hülya adını götürüb .

“Müsəlman olduğum üçün çox xoşbəxtəm. İslamı seçməyimdə ən böyük amil azan səsidir. Xüsusilə, səhər azanını çox sevirəm” – deyə qadın bildirib.

Sonda islam dininin əsas prinsipləri haqqında məlumat alan Konotopçikə “Qurani-Kərim” kitabı hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*