Azərbayanda AĞIR yol qəzası BAŞ VERDİ – Ölən və yaralananlar varbackend

Azərbayanda AĞIR yol qəzası BAŞ VERDİ - Ölən və yaralananlar var

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Xanlıqlar kəndində Naxçıvan şəhər sakini Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75 BH 565 nömrə nişanlı “Lifan” markalı avtomobil yol kənarında dayanan, Türkiyə vətəndaşı Cuma Ali Üzümcünə məxsus 27 AMP 616 nömrəli yük maşınına çırpılıb.

Hadisə nəticəsində “Lifan”ın sürücüsü ağır yaralanıb, sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerində ölüb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*