Azərbaycan bu ölkənin neftə olan ehtiyacının 91%-ni ödəyirbackend

Azərbaycan bu ölkənin neftə olan ehtiyacının 91%-ni ödəyir

Ukrayna 2019-cu ilin 8 ayında xaricdən aldığı neftlə bağlı statistikanı açıqlayıb.

Konkret.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, yanvar-avqust aylarında ölkəyə 482,155 min ton neft daxil olub. Bunun üçün Ukrayna 249,578 milyon dollar vəsait ödəyib.

Ukrayanın neftə olan tələbatının 91,85%-ni Azərbaycan nefti ödəyib. Kiyev rəsmiləri buna görə Azərbaycana 229,234 milyon dollar ödəyib.

ABŞ-dan analoji dövrdə 15,049 milyon dollar (6,03%), Qazaxıstandan 2,596 milyon dollar (1,04%), başqa ölkələrdən isə 2,699 milyon dollar (1,08%) vəsait ödənib.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*