Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib. Paşinyan Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılacaq. Ermənistanın nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, ərazilərin idarəedilməsi və infrastruktur naziri Qnel Sanosyan və s. vəzifəli şəxslər daxildir.
Sözügedən görüşdə hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı politoloq Tofiq Abbasovla söhbətləşdik.
Politoloq bildirdi ki, Ermənistan Fransa ilə Azərbaycanın münasibətlərini pozmağa çalışır:

“Görüşün proqramı haqqında ətraflı məlumat yoxdur. Fransa ermənipərəsət mövqeyi ilə seçilən bir ölkədir. Yəni Fransa Ermənistanın müttəfiqidir. Son dövrlədə Fransa prezidenti Emmanuel Makron Azərbaycanla sıx əlaqələr qurur. Azərbaycanla bağlı bir neçə mühüm məsələlər var ki, onlar həll olunur. Fransa Azərbaycanın önəmini bilir. Lakin Ermənistan çalışır ki, pozuculuq fəaliyyəti ilə məşğul olsun. Bu isə alınan iş deyil. Çünki həm Fransa, həm Avropa İttifaqı üçün Azərbaycan daha vacib və məhsuldar rol oynayır”.
T.Abbasov qeyd etdi ki, Azərbaycan Fransa, Avropa üçün əvəzolunmaz tərəfdaşdır:
Emmanuel Makron, Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişelin iştirakı ilə baş tutan dördtərəfli görüşdə Azərbaycanla Avropanın yaxınlaşması, tərəflər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması məsələləri və iki tərəfin həmahəng fəaliyyəti müzakirə edildi. Bu mənada Azərbaycan həm Fransa, həm Avropa üçün əvəzolunmazdır. Fransa faktiki olaraq Azərbaycanı dəstəklədi. Şarl Mişel rəsmi Bakının xüsusi önəm kəsb etməsini diqqətə çatdırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan-Fransa, Azərbaycan-Aİ münasibətləri qarşı tərəflər üçün daha vacibdir. Bu mənada Ermənistan nə qədər çalışsa da, bizim münasibətlərimizi pozmaq üçün heç nə edə bilməyəcək. Nikol Paşinyan üçün Ermənistan-Fransa münasibətləri önəmlidirsə, gərək görüşdə bu mövzuya köklənsin. Çünki Azərbaycanla bağlı məsələlərə heç bir təsir edə bilməyəcək. Rəsmi Bakı və rəsmi Paris arasında münasibətlər müvafiq olaraq tənzimlənir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az

Adam bilmir nə danışsın..politoloqu deyirem türklər bizi necə sevirsə fransızlar da ermenini o cür sevir.