Azərbaycan güləşçisi Avropa çempionu oldu – FOTObackend

Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Güləş Federasiyasından KONKRET.az-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvilini 10:0 hesabı ilə məğlub edən N.Məmmədli Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*