Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparılırbackend

 Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparılır

Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.

KONKRET.AZ xəbər verir ki, Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla ikitərəfli konfidensial dialoq aparır.

Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyi hərbçinin meyitinin götürülməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*