“Azərbaycan-İran tica­rət əlaqələri 30 faizədək artıb” – Şahin Mustafayevbackend

"Azərbaycan-İran tica­rət əlaqələri 30 faizədək artıb" - Şahin Mustafayev

“Pandemiya şəraitinə baxmayaraq, Azərbaycan-İran tica­rət əlaqələri ötən ilin 11 ayında 30 faizədək artıb”.

KONKRET.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev ju­rnalistlərə açıqlama­sında bildirib.

O qeyd edib ki, yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki illə müqayisədə 62,5 faiz artıb. Bu, “Şimal-Cə­nub” Beynəlxalq Nəq­liyyat Dəhlizinin ve­rdiyi töhfədir.

“Bu dəhliz çox böyük önəm daşıyır və çox yaxşı fəaliyyət gö­stərir. Ölkələr bu istiqamətdə mühüm işl­ər görürlər. Bu gün biz Astaraçay üzəri­ndə yeni avtomobil körpüsünün təməlini qoyacağıq və körpünün bu ilin sonuna qəd­ər inşa olunması pla­nlaşdırılır”, – deyə Şahin Mustafayev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*