“Rəsmi məlumatlara görə, bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 milyard. 525 milyon manat pul xərcləyib. Bu vəsaitin 4 milyard. 429 milyon. manatını sırf ərzağa, 549 milyon manatını spirtli içki və tütün məmulatlarına, 514 milyon. manatını yanacağa, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 216 milyon 100 min manat xərcləyib”.
KONKRET.az xəbər verir ki, bunu REAL Partiyasının icra katibi, iqtisadşı ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, bünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhaliyin ərzağa xərclədiyi vəsaitdir. Əgər əhali qazancının 20-25%-dən çoxunu ərzağa xərcləyirsə, deməli o ölkə kasıbdır:
“Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50%-ni yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu 10,5% olub, yəni, ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldlb.Avropa Birliyi ölkələri arasında ən yaxşı göstərici Lüksenburqdadı – əhali qazancının cəmi 8,4%-ni ərzağa xərcləyir, İrlandiyada bu 11,5%, Almaniyada isə 11,7%-ə bərabərdir. Türkiyədə bu rəqəm 25%-ə yaxın, Rusiyada isə 35%-ə yaxındır.
Sözümün canı budur ki, ölkə əhalisi kasıbdır, ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə qazancın 70-75%-ni xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə pul az xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir – bax belə “qısır döngədə” flrlanırıq…”
