Azərbaycan Kuboku: Bu gün ilk 1/4 final oyunları keçiriləcəkbackend

Azərbaycan Kuboku: Bu gün ilk 1/4 final oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinə start veriləcək.

KONKRET.az-ın məlumatına görə, qarşılaşmaların hamısı ötənilki cütlərdən ibarət olacaq.

İlk oyun gününə iki görüş təsadüf edəcək. Qəbələ şəhər stadionunda eyniadlı komanda “Sabah”ı, “ASCO Arena”da isə “Səbail” “Zirə”ni qəbul edəcək.

Ölkə kubokunun son qalibi olan “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə ölkə kubokunda üçüncü dəfə üz-üzə gələcəklər. Ötənilki matçların hər ikisində “Qəbələ” eyni hesabla qalib gəlib. Bu komandalar Premyer Liqada mövsümün ilk yarısını hərəyə 13 xalla 6-7-ci pillələrdə başa vurublar.

“Səbail” və “Zirə” isə bir həftədən sonra yenidən görüşəcək. Dekabrın 8-də iki komanda arasında Zirədə keçirilmiş Premyer Liqanın XIV tur qarşılaşmasında meydan sahibləri böyük hesabla qalib gəliblər – 4:1. Hazırda “Səbail” 12 xalla sonuncu pillədə yer aldığı halda, “Zirə” 17 xalla 5-cidir.

Ötən mövsüm bu komandaların ölkə kubokundakı hər iki görüşündə “Zirə” minimal fərqlə qələbə əldə edib – 1:0, 3:2. “Səbail”in ev matçında hər iki komanda qol vurub. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*