Azərbaycan neftinin qiyməti 89 dollara endibackend

Azərbaycan neftinin qiyməti 89 dollara endi

Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,31 ABŞ dollar, yaxud 2,5 % azalıb.

KONKRET.az xəbər verir ki,  hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 89,10 ABŞ dollarına enib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*