Azərbaycan Premyer Liqası: “Neftçi” 2-ci pilləyə yüksəldibackend

Azərbaycan Premyer Liqası: "Neftçi" 2-ci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, “Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Görüşdə hesabı 17-ci dəqiqədə Emin Mahmudov açıb. “Gənclik şəhəri” təmsilçisi 24-cü dəqiqədə Rəhim Sadıxovun qolu ilə tarazlığı qoyub. Oyunda son nöqtəni də Emin Mahmudov qoyub. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi komandasına qələbə qazandırıb.

84-cü dəqiqədə qonaqların heyətində Sadıxov zədələnərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 34-əə çatdıran “ağ-qaralar” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 13 xalla yeddincidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*