Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir görüşü keçirilib.
KONKRET.az-ın məlumatına görə, ikinci oyun gününün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.
“ASK Arena”dakı görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Zurab Oçiqava vurub.
