backend

Azərbaycan, Türkiyə, Pakistan və Orta Asiya ölkələri birlikdə təcili ittifaq yaratmalıdır - Rəsul Quliyev

Əfqanıstanda Taliblərin hakimiyyəti çox asanlıqla, demək olar ki, heç bir qan tökmədən ələ keçirməsi ABŞ-ın dünyadakı super derjava imicinə ölümcül zərbə vurdu. 20 il işğal altında saxladığın Əfqanistanda 1 trilyon dollar pul xərcləyəsən axırda 30 gün ərzində ölkəni ekstremal fundamentalislərə verəsən, demokratiyanın kiçik bir elementinin qələbəsinə nail ola bilməyəsən möcüzədir. Bu möcüzəni yaradanlar sözsüz ki, sverxderjava sayıla bilməz. 1 trilyonun nə olduğunu təssəvvür etmək çox çətindir.

Müqayisə üçün Azərbaycan kimi bir ölkənin 50 illik dövlət büdcəsinə bərabərdir. Bu 20 il ərzində azı 3 dəfə talibanların nəhayət kökünü kəsdik bəyanatını verəsən, sonra 30 gün ərzində az qala 250 milyard dollarlıq, silah sursatını, hərbi vertalyotları qoyub qaçasan bu heç derjavaya yaraşmaz. Taliblər qələbə çalan kimi RF və Çin xalq respublikası Talibanın tərəfinə keçdi. Çin Talibana iqtisadiyyatını bərpa etmək və inkişaf etməkdə kömək edəcəyini elan etdi. Əfqanistanda olan çox böyük ehtiyatı olan qaz yataqlarını mənimsəyəcək.

Rusların orada görməyə heç bir gücü yoxdur. Ancaq ətrafında yerləşən Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikstan, Azərbaycan, Ermənistanı daima qorxu içərisində saxlayacaq. Onlardan hər il məsələn səni düşmənlərdən qoruyuram adı altında açıq- aşkar rüşvət alacaq. Bu “statiya” altında RF-sı hər il azı 50 milyard dollar rüşvət almağa çalışacaq. Onunda 5 milyardını Talibana verəcək və xahiş edəcək haqqını verirəm mənimlə işin olmasın.

Amerikanın Əfqan tənəzzülü İranın ABŞ və Qərbin təhdidlərinə əhəmiyyət verməməyə gətirib çıxardacaq. İraq və Suriyanın Rusiyaya hörməti artacaq. ABŞ-a inamları azalacaq. İraq şiyələri ABŞ qoşunlarını İraqdan qovub çıxarmağa çalışacaqlar. Taliblərin qalib gəlməsi RF-nı və Çini gücləndirdi. Orta Asiya ölkələri və Azərbaycanı daima təşviş içərisində yaşamağa məcbur etdi. İran ABŞ-ın hədələrinə çox kəskin cavablar verəcək. Belarusiyaya verilən sanksiyalar əhəmiyyətsiz kağız parçasına çevrilir və istənilən vaxt RF Belarusiyanı işğal edəcək. Türkiyə, Orta asiya ölkələri və Azərbaycan Pakistanla birlikdə təcili ittifaq yaratmalıdır. Bu prosesi uzatmaq daha acınacaqlı nəticə verə bilər.

Rəsul Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*