Azərbaycan U-21 millisində qəfil dəyişiklikbackend

Azərbaycan U-21 millisində qəfil dəyişiklik

21 yaşadək futbolçulardan ibarət Azərbaycan futbol millisinin heyətində dəyişiklik baş verib.

KONKRET.az xəbər verir ki, “Sabah” futbol klubunun qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən U-21-in düşərgəsindən ayrılıb.

Onun əvəzinə “Neftçi” futbol klubunun qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, U-21 millisi mayın 28-dən Bakıda hazırlığa start verib. Komanda bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində millimiz 6 iyunda Bəhreyn, 9 iyunda isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*