Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri müharibədən sonra ilk dəfə Moskvada görüşübbackend

Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri müharibədən sonra ilk dəfə Moskvada görüşüb

Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra Moskvada ilk dəfə görüş keçirib.

KONKRET.az “Tass”a istinadən xəbər verir ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub:

“Dekabrın 23 və 24-də Moskvada hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə görüşü keçirilib. Görüş beynəlxalq mədəni əməkdaşlıq fonunda baş tutub. Görüşdə iki xalq arasındakı münasibətlərdə gərginliyin azaldılması üzrə tədbirlər müzakirə edilib, 2022-ci ildə də belə təmasların davam etdirilməsi barədə razılığa gəlinib” – deyə məlumatda qeyd olunub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*