Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa rayonunda yaşayış binasından gələn pis qoxu sakinlərin narahatlığına səbəb olub. Hadisə yerinə çağırılan polis əməkdaşları mənzilə daxil olarkən Azərbaycan vətəndaşı Rövşən Zeynalovun meyitini aşkar ediblər.
KONKRET.az bu barədə “Hürriyet” qəzetinə istinadən xəbər verir.
İlkin məlumata görə, psixoloji problemlərinin olduğu iddia edilən Rövşən Zeynalovun bacısı Mətanət Zeynalova da mənzilin yataq otağında yatarkən tapılıb. Araşdırma zamanı qadının qardaşının meyiti ilə təxminən bir həftə eyni evdə yaşadığı müəyyən edilib.
Mənzildə aparılan ilkin baxış zamanı qan izləri də aşkarlanıb. Rövşən Zeynalovun meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə Məhkəmə-Tibbi Ekspertiza Qurumunun morquna göndərilib.
Hadisənin səbəblərinin aydınlaşdırılması və ölümün şəraitinin müəyyən edilməsi üçün polis tərəfindən araşdırma aparılır.\\oxu.az
