Azərbaycana görə Korotçenkoya kütləvi hücum edildibackend

Azərbaycana görə Korotçenkoya kütləvi hücum edildi

Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko “Facebook”da Azərbaycanla bağlı paylaşımından sonra ermənilərin kütləvi hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Korotçenko özünün “Facebook” səhifəsində yazıb.

“Dünən mağazadan Azərbaycanın nar şirəsini seçməyim, amma erməni məhsulunu almamağımla bağlı yazımdan sonra gözlənilmədən qeyri-adekvatlar və rusofoblar təkcə Ermənistanda deyil, bütün dünyadakı erməni diasporu hay-küy qaldırdı, məni faşizmdə ittiham edərək “Facebook” rəhbərliyinə yazımla bağlı kütləvi şikayətlər göndərməyə çağırdılar.

ABŞ və Fransadakı erməni diasporu fəallarının sayəsində edilən onminlərlə şikayətdən sonra hesabım bloklandı və qeyd olunan yazı “faşizm təbliğatı”na görə silindi.

Bununla belə, hörmətli oxucular, sizin reaksiyanız və göstərdiyiniz dəstəyiniz sayəsində “Facebook” mənim hesabımı blokdan çıxarmağa və yazımı yerinə qaytarmağa məcbur oldu.

Azərbaycanın nar şirəsini için!”, – Korotçenko bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*