Azərbaycanda 4-cü doza vaksin vurulacaq? -AÇIQLAMAbackend

Azərbaycanda 4-cü doza vaksin vurulacaq? -AÇIQLAMA

“Peyvənd yoluxma zəncirini qırmaq üçün lazımdır. Ola bilsin ki, 4-cü doza vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “buster” doza şəklində tövsiyə olunsun”.

Musavat.com xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, peyvənd tədricən önəmini itirəcək.

“Çünki koronavirusun indiki ştamı daha çox yeni bir formadır. Gərək əvvəlki vaksinlər müəyyən modifikasiya olunsun ki, yeni ştama da təsir etsin. Hesab edirəm ki, buna ehtiyac olmayacaq. Azərbaycanda 4-cü doza vaksinin olmasına lüzum görmürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*